Sevilməmək
Yaxşı amma sevilməyən insan?
2/29/20242 min read
Çox sevdiyim "The Good Place" serialında belə bir hissə var idi: Həyatını xeyriyyəçiliyə həsr etmiş bir xanım dünyasını dəyişdikdən sonra Good Place (yaxşı yer) əvəzinə Bad Place'ə (pis yer) düşür. Buna çox təəccüblənən xanım səbəbini araşdırır və nəticədə məlum olur ki o dünyada etdiyi bütün yaxşılıqları məhşur xeyriyyəçi olaraq tanınmaq üçün edib və buna görə də yaxşılıqları onun Good Place'ə düşməsi üçün yetərli olmayıb. 😳
Serial komediya janrında olsa da bu səhnədən sonra ağlımda tək sual yarandı. Biz yaxşılığı kim üçün edirik? Cavab bilirsiniz nədir? Əslində biz yaxşılığı yalnız özümüz üçün edirik. 😱
Bugünə qədər köməklik etdiyimiz insanlar, qarnını doyurduğumuz canlılar, uğur qazanmasına vəsilə olduğumuz şəxs, bunlar hamısı əslində bizim öz ruhumuza etdiyimiz yaxşılıqlardır. Bunun sayəsində özümüzü daha enerjik, daha xoşbəxt hiss edir, bu dünyada var olma səbəbimizi daha da mənalı hala gətiririk. 🤗
Əslində biz bir başqasına heçnə etmirik. Yenə də dönüb dolaşıb hər şey, hər hərəkət, hər söz bizim içimizdə həll olunur və öz əksini tapır. 😌
Bəs belə olduğu halda yaxşılıq etdiyimiz insanlardan bir gözləntimiz ola bilərmi? Bu yaxşılığın qarşılığını artıq öz daxilimizdə yaşadığımız halda bir başqasından təşəkkür gözləməliyikmi? Təbii ki xeyr. 🥳
Tam tərsinə həmin insanlara biz təşəkkür etməliyik. Özümüzü daha xoşbəxt və içimizdəki insani hissləri doya-doya hiss etməmizə səbəb olduqları üçün.. Onlar olmasa bu anları yaşamayacaqdıq.
Elə indi birləşdirək əllərimizi sinəmizin üzərində 🙏, təşəkkür edək yaxşılıq etməmizə icazə verib bizi möhtəşəm hiss etdirən hər kəsə, şükür edək içimizdəki insani duyğulara, gözləntilərimizi sıfıra endirib sadəcə baxaq, həyat necə də şərait yaradır bizim möhtəşəm varlıq olmağımıza...
