Garanfil Gahramanli

Belle haqqında

Beyin gücü, daxili enerji və spiritual mövzularla bağlı biliklərini 10 ildən artıqdır ki, müxtəlif təlimlər vasitəsilə inkişaf etdirən Belle, bu sahədə həm nəzəri, həm də praktik təcrübəyə malikdir.

O, Türkiyənin Kocaeli Universitetində Yaşam Koçluğu və NLP, Rumeli Universitetində EFT, Boğaziçi Enstitüsündə Spiritual Yaşam Koçluğu üzrə təlimlər keçmiş, dünyaca məşhur Tony Robbins-in proqramlarında iştirak etmişdir. Eyni zamanda İngilis dilində MBA təhsili də almışdır.

Artıq 4 ildən çoxdur professional Coach olaraq fəaliyyət göstərir və bu müddət ərzində 8000-dən artıq insanla fərdi və qrup proqramları həyata keçirib. Onun hazırladığı metodlar minlərlə insanda real və davamlı dəyişikliklərə səbəb olub. 50,000+ izləyicisi30,000-dən çox proqram iştirakçısı ilə regionda ən geniş təsir dairəsinə sahib şəxsi inkişaf liderlərindən biridir.

Belle, həmçinin bir sıra uğurlu proqram və layihələrin müəllifidir:

  • Qızıl Eynək – fərqli baxış bucağı qazandıran transformasiya proqramı və brendin yaradıcısı,

  • İfritə proqramı – qadın enerjisini və gücünü açmaq üçün xüsusi metodologiya,

  • “Bir İfritənin Günlüyü” – qadın enerjisi və daxili gücün bərpası haqqında yazdığı kitab,

  • Circle – kollektiv tezlik, art-terapiya və enerji işlərini birləşdirən abunəlik əsaslı proqram.

Onun məqsədi insanlara yalnız bilik ötürmək deyil, həm də gündəlik həyatlarında tətbiq edə biləcəkləri praktik metodlar, enerjini gücləndirən texnikalar və şüurlu inkişaf yolları təqdim etməkdir. Belle, yaratdığı bütün proqramlarda iştirakçıların həm fərdi, həm də kollektiv olaraq daha güclü, balanslı və uğurlu həyata doğru addımlamalarını hədəfləyir.