Circle Sentyabr – Ümumi Qaydalar və Məlumat
Qruplar və İstifadə Qaydaları
Əsas Qrup (Telegram): Yalnız moderatorların paylaşım etdiyi məkandır. Bütün əsas məlumatlar, dərslərin izahı, əlavə materiallar, elanlar və yeniliklər bu qrupda paylaşılır. İştirakçılar bu qrupdan məlumatlanmaq üçün istifadə edirlər.
Chat Qrupu: İştirakçıların suallar verməsi, təcrübələrini paylaşması və kollektiv enerjiyə qoşulması üçün yaradılıb. Chat səhər 11:00-dan axşam 22:00-a qədər aktivdir və birbaşa əməkdaş tərəfindən idarə olunur.
Chat qaydaları:
Mövzudan kənar yazışmalara icazə verilmir.
Heç bir iştirakçı digərinin fikrini və ya təcrübəsini dəyərləndirməməlidir.
Kobud, manipulyativ və enerjini aşağı salan ifadələrə icazə verilmir.
Hər kəs öz enerjisinə görə məsuliyyət daşıyır.
Gündəlik Məzmun və Fəsillər
Sentyabr ayı 22 fəsildən ibarət olacaq.
Hər günün mövzusu “ayın mövzu və texnikaları” bölməsində yerləşdiriləcək.
Telegram qrupunda hər fəsil üzrə izahlar, audio podcastlar, anketlər, texnikalar və yazılı çalışmalar paylaşılacaq.
Hər günün mövzusu kollektiv enerji ilə işləməyə uyğunlaşdırılıb.
Təlimlər və Webinarlar
Ay ərzində Qərənfil xanım tərəfindən 2 mini təlim vebinarı keçiriləcək.
Komanda kouçlarının vebinarları
Ayşən xanımın 2 conversation görüşü keçiriləcək.
Abunəlik Şərtləri
İştirakçı yalnız abunəlik aktiv olduğu müddətdə bütün materiallara və qruplara giriş əldə edə bilər.
Abunəlik bitdikdə bütün girişlər avtomatik bağlanır.
Ona görə də abunəlik dövründə paylaşılan bütün materialları şəxsi qeydlərdə saxlamaq tövsiyə olunur.
