75 – 80 bal — “Həyat mənim seçimimdir”

Sən artıq həyatın təsadüfi axınından çıxmısan. Zamanını, maddi və mənəvi resurslarını, münasibətlərini və öz enerjini yüksək standartda idarə edirsən. Ətrafındakı insanlar, yaşadığın mühit, özünə olan münasibətin bunu açıq göstərir. Bu səviyyəyə çatmaq üçün daxili güc, iradə və ciddi seçimlər etmisən.
Sənin üçün həyat sadəcə yaşamaq deyil, sən onu dizayn edirsən.
İndi əsas məsələ bu səviyyəni qorumaq və daim incə toxunuşlarla öz standartını yüksək saxlamaqdır.
Diqqət: Yüksək standart bəzən eqonu da artıra bilər, bu balansı qorumağı unutma.

70 – 74 bal — “Zirvəyə bir addım”

Sənin düşüncə və həyat tərzin artıq aşağı standartlardan fərqlənir. Gündəlik vərdişlərin, qərarların və ətraf seçimin səni zirvəyə yaxınlaşdırır. Hələ tam istədiyin nöqtəyə çatmamısan, amma o çox yaxındadır. Sadəcə bəzi sahələrdə özünə daha ciddi yanaşmaq, cəsarətli addımlar atmaq lazımdır.
Sənin içində premium həyatın enerjisi artıq aktivdir.
İndi çəkindiyin və ertələdiyin sahələrdə seçimlərini sərtləşdirsən, tamamilə istədiyin səviyyəyə yüksələcəksən.
Diqqət: Özünü bəzən zəif hiss etdiyin məqamlarda yenidən aşağı standartlara qayıtma meyli ola bilər, oyaq yaşa.

60 – 69 bal — “Dəyişimin astanası”

Sənin həyatında qarışıqlıq və ziddiyyət var. Bəzi sahələrdə standartını qaldırmısan, bəzilərində isə köhnə vərdişlər, qorxular və tənbəllik hələ qalır. Əslində, sən dəyişmək istəyirsən və bunun üçün potensialın yüksəkdir. Sadəcə davamlılıq, qərarlılıq və daha sərt özünə baxış lazımdır.
Daxilində “mən bundan daha yaxşısına layiqəm” hissi oyanıb.
Artıq bəhanələri kənara qoyub, konkret sahələrdə addımlar atsan, həyat keyfiyyətin tamamilə dəyişəcək.
Diqqət: Əgər bu mərhələdə hərəkət etməsən, aşağı standartlar səni yenidən udacaq. Bu, kritik dönəmdir.

50 – 59 bal — “Narazı, amma passiv”

Sənin həyatında tez-tez narazılıq, motivasiyasızlıq və özünə qarşı inamsızlıq hiss olunur. Standart anlayışı sənin üçün hələ tam oturmayıb. Zaman, mühit, münasibətlər və maliyyə səni idarə edir, sən isə sadəcə uyğunlaşırsan.
Tez-tez düşünürsən: “Bəs mənim istəyim nədir?”
Həyatını yenidən qurmaq üçün daxildə istəyin var, amma tənbəllik və qorxu səni saxlayır.
Diqqət: Bu vəziyyət uzun sürərsə, özünə və ətrafına olan hörmət zəifləyə bilər. Dərhal konkret sahələrdə ciddi addım atmaq lazımdır.

0 – 49 bal — “Seçim yox, vərdiş var”

Sənin həyatında standart anlayışı demək olar ki, yoxdur. Zamanı, pulları, münasibətləri və enerjini idarə edən təsadüfi situasiyalar və köhnə vərdişlərdir. Həyat axır, sən isə müşahidəçisən.
Özünü tez-tez aşağı enerjili, motivasiyasız və istiqamətsiz hiss edirsən.
Bu mərhələdə bəzən insan həyatı tam əldən verir və düşünür ki, belə davam etməlidir.
Diqqət: Əgər dəyişmək istəmirsənsə və bu durum sənin üçün uyğundursa belə davam edə bilərsən. Amma istəyin varsa, buradan çıxış və yüksəliş var.