Boşver getsin
Necə boşvermiş ola bilərəm?
2/29/20241 min read
Ətrafınızda heçnəyi özünə problem etməyən, rahat, əsəbləri sakit olan insanları yəqin ki çoxunuz görmüsünüz. Adətən belə insanları ilk vaxtlarda heç bir halda anlaya bilmirik. Onlar heçkim haqqında pis danışmır, deyinmir, həyatı olduğu kimi qəbul edirlər.
Bu insanların yaradılışı budur və nə şanslıdırlar deyə düşünürsünüz siz də. "Ehh mən elə ola bilmərəm" deyə keçir yəqin ki ürəyinizdən. Amma bu belə deyil.
Balacalıqdan şüuraltımıza yeridilən "7 yaşında necəsənsə 77 yaşında da elə olursan" fikri tamamilə yalnışdır. Xarakter müəyyən vərdişlər əsasında qurulur. Əlbəttə bizim psixalogiyamız və xarakterimizin əsas hissəsi 5 yaşa qədər formalaşır amma inanın hətta 70 yaşında da özünüzdə müəyyən şeyləri dəyişə bilərsiniz.
İndi sakit bir yerə keçin və özünüzə sual verin. 1-10 bal arası qiymətləndirsəniz əgər öz xarakterinizin yaxşılığını (rahat, boşvermiş, qiybət etməyən, başqaları üçün pis danışmayan və pozitiv) neçə balla qiymətləndirərsiniz. Əgər rəqəm 10 deyilsə buna səbəb nədir?
Ətrafınızdaki insanlar (ailə, həyat yoldaşı, rəfiqə, dost, qohum, iş yoldaşı, qrup yoldaşı) sizin xarakterinizi 10 balla qiymətləndirə bilməməyinizdə nə qədər rol oynayır? Kimdir enerjinizi düşürən?
Özünüzə bu sualları verib "müqəssiri" tapdıqdan sonra əgər yaxındadırsa yanına gedərək, yaxında deyilsə mesaj yazaraq bir tanışınıza(daha əvvəl quru və ya kobud danışdığınız, əgər olubsa yola verdiyiniz) yazın və ona özünü yaxşı hiss etməsi üçün kömək edin. Daha sonra bunun sizin ruhsal enerjinizdə olan müsbət təsirinə baxın. Nəticəni də mütləq mənə yazın. 😍
